Zavtrik yapıyoruz…

Bu kəlməni eşidəndə gülməkdən özümü saxlaya bilmədim, ki bilmədim. Biz nə yamanıq belə)) Özümüz bir yana, qardaş ölkədən gələnlər də dillərini pozub gedirlər. Verlişlərinin birində Qurban bayramı ərəfəində bizim rayonların barəsində danışılırdı ki, çox səfalı, gözəl bölgələrimiz, məkanlarımız var ki, bayram tətilində öz millətimizlə yanaşı, xarici turistlər də rayonlarımızın təmiz havasından udur, gözəl tətil günləri keçirirlər. Elə bir neçə turisti danışdırmışdılarki, bir türk bacımız tətilindən razı olduğunu qeyd edib, dedi ki, -“zavtrik yapıyoruz”..))))

Bu nə yaman xəstəlikdir ki, nə özümüz bundan müalicə ala bilirik, nə də başqaları. Gələn qonaqlar da buna alışıb gedirlər. Dil mövzusu o qədər hallanıb ki, artıq heç bilmirəm ki, bu haqda nə danışım, nə deyim. Artıq banallaşıb, amma xeyri yoxdur. Bilmirəm, bu rus sözlərində nə var ki, biz bu sözlərdən heç cürə vaz keçmirik. Başa düşümürük ki, biz öz dilimizi korlayırıq. Bəsdir dedik ki, Azərbaycan Sovetin tərkibində olub və s. və i.a. İndi artıq bunu deməyin heç, amma heç yeri yoxdur. Onu artıq müəyyən yaş dövrünə çatanlar desin, mən də deyim, hə. Cavanlar üçün isə indi nə Sovet?! Dilinə yiyə dur, ay dil yiyəsi!

Görək zavtriklər yapa-yapa axırımız hara gedəcək…

Qeyd: dil bilmək pis şey deyil, əksinə çox yaxşıdır, amma öz dilinə qatıb, onu korlamadığın təqdirdə.

Xahiş olunur ki, şərh yazarkən öz hərflərimizdən (ə, ı, ç, ş, ü, ö, ğ, İ) istifadə edəsiniz.

Bu yazı Belə baxanda kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Zavtrik yapıyoruz… üçün 9 cavab

  1. rufatahmad dedi ki:

    Çox maraqlı yazıdır. Təşəkkür edirəm! 🙂

  2. Etibarli dedi ki:

    inanirsan ki heç yana getmirik yerimizdə sayırıq bəlkədə geriyə addımlamırıq qaçırıq…

  3. Şəbnəm dedi ki:

    Təəssüf ki… Amma düşünürəm ki, gərək nikbinliklə yaşayaq. Əks halda daha da geriyə gedərik. Bəlkə nikbin olduğumuz halda özümüz nələrisə düzəldə bilərik. Nə bilim, Allah sonunu xeyr eləsin..

  4. Yashar Huseynov dedi ki:

    İcazənizlə mən də yazınıza fikirimi bildirim. Mən inanmıram ki, azərbaycanlılardan başqa hər hansısa bir millət öz dilində danışanda başqa dilin sözlərindən istifadə etsin. Belə şeylərin olması dilin gözəlliyini itirir.

  5. Battler dedi ki:

    Dil bir millətin qeyrətidir, ən dəyərli sərvətidir! Bizsə öz sərvətimizi sevmirik, qeyrətimizə hörmət etmirik! İndiki vəziyətdən bu nəticə çıxır! Biz öz dilimizi sevmədikcə, hörmət etmədikcə, heç kim hörmət etməyəcək

  6. bizneswman dedi ki:

    Maraqlı yazıdı. Amma bu barədə o qədər danışılıbkı.., düzəlməyibsə demək kökünü başqa yerdə axtarmaq lazımdır. Nə qədərki Azərbaycanlıların hələ çoxu Rusiyadan çörəkpulu qazanır, bu problem həll oluna bilməz!

  7. Orxan dedi ki:

    Maraqlı yazı idi, ancaq demək olar ki, Türkiyə Türkcəsinin Azərbaycan dilinə olan mənfi təsiri rus dilinin ənənəvi təsirini artıq kölgədə qoyub. Xarici dili bilmək yaxşıdı, üstəlik bu cür nöqsanlar təkcə bizdə deyil, başqa millətlərdə də var. “code switching” deyilən bir linqvistik termin var ki, hər hansı bir anlayış dildə və həmin dil daşıyıcılarının fon biliyində bu haqda anlayış yoxdursa, xarici sözdən istifadə etmək olar, bu yuxarıda da dediyim kimi “kodu dəyişmək” adlanır. Məsələn “frisbee” və ya “yo-yo” oyuncaqları bir çox xarici ölkələrdə çox geniş yayılmış oyuncaq növləridi, bizdə də həmin oyuncaqlar var, amma dinləyicinin həmin anlayış haqda əksər hallarda fon biliyi olmadığı üçün həmin sözün həmin sözün öz dilimizdə qarşılığını tapmaq tələbatı da yaranmayıb. Həmin sözləri olduğu kimi (frizbi, yo-yo) deyə bilərik. Eləcə də bir çox rus və türk sözlərini, ancaq qarşılığı varsa çalışmaq lazımdır ki, həmin Azərbaycan dilindəki sözlərini işlədək.

  8. shebnem dedi ki:

    Nə bilim vallah, bircə dil problemi bizi aşağı, geiryə doğru sürükləməyə…

Battler üçün bir cavab yazın Cavabı ləğv et