Haqqında

Salam. Bloqa xoş gəlmisiniz.

Bloqumuzun adı bildiyiniz kimi Nota Bene– latın sözündən götürülmüş, NB kimi işarələnir. Qeyd et, yaxşı, qeydə al, mətndə hansısa hissəyə xüsusi diqqət yetir mənasındadır; bu işarə daha çox mətnin ən vacib hissələrinin, oxucunun diqqətini xüsusi ilə cəlb edəcək yerlərinin yanında qoyulur. 

Bizim də bloqumuz günümüzdə, cəmiyyətimizdə baş verənlərdən dolayı əks olunan düşüncələrimizin diqqətə alınacaq bir hissəsidir sadəcə. Bu bloq ümumi mövzular, müxtəlif problemlər ətrafında bölüşülən fikirlərdən ibarətdir. Hal-hazırda bloqu iki müəllif idarə edir: mən Şəbnəm və Ramin (koceri).

Bir az tarix:  Azəriblog-da Mürəkkəb Dolu Qələm adlı (shebnem.azeriblog.com) bir bloq səhifəm mövcud idi. Azeriblogdan əlavə başqa saytlarda da qeydlər aparırdım. Azeriblog bağlandığı üçün indi yeni bir bloq açmalı olduq. İnşallah qeydlərimiz, yazılarımız hamınız üçün maraqlı olar.

Mənim əvvəlki yazılarımdan bir çoxlarını bir vaxtlar istifadəçisi olduğum bu ünvandan da oxuya bilərsiniz.

Diqqətiniz üçün təşəkkürlər!

Haqqında üçün 7 cavab

  1. Battler dedi ki:

    Salam. Bloqunuzu bəyəndim! Maraqlı yazılarınız var. Sadəcə bir şeyi deyim, yazılarda MORE teqindən istifadə etsəz yaxşı olar. Yazılar ana səhifədə uzun olanda, pis görünür. Uğurlar

  2. Şəbnəm dedi ki:

    Salam. Çox sağ olun.
    O teqi bilirəm, sadəcə olaraq ondan əvvəllər də elə də çox istifadə eləmirdim. Amma əgər dediyiniz kimi pis görünürsə, bundan sonra istifadə edərəm. Təşəkkürlər.

  3. Shikhi dedi ki:

    Şəfəq Həsənəlizadə ilə tanışlığınız varmı?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma