Pula qul

“Millət necə tarac olur-olsun nə işim var?!” (M.Ə.Sabir)

Bir dəfə bir səfərdən qayıdanda yol yoldaşı olduğum bir şəxs yemək vaxtı verilən nemətlərə baxıb, öz-özlüyündə, görəsən, bunların saxlanma müddəti keçibmi, təzədirmi, köhnədirmi deyə bir söz işlətdi. Bundan sonra da mənə başına gələn bir əhvalatı danışdı: Bir gün bu dayı aptekə girib, dərman alır. Əczaçı ona lazım olan dərmanı verir və dayı da başlayıb bu dərmanın istehsal və saxlanma müddəti ilə maraqlanmağa. Dərman qutusundan və kağızından məlum oldu ki, dərmanın saxlanma müddətinin bitməsinə 3-4 gün qalıb. Kişi bu zaman əczaçıya deyir: axı dərman köhnədir, vaxtı bitib! Əczaçı da dərmana baxıb, deyir ki,-yox, bitməsinə hələ 3-4 gün var! Halbuki bu dərmanı 15 gün atırlar…

İnsan ha deyir ki, vətənimdir, pis danışmayım, dost var, düşmən var. Amma nə qədər belə desək də, danışılası, ən əsası da ki, həll olunası problemlərimiz çoxdur. Bizdə laqeydsizlik hökm sürür.

Yadınızdadırsa donuz qripi yayılan vaxt, təbliğ edilirdi ki, hər kəs respirator taxmalıdır. TV elan verir ki, respiratorların qiyməti 10-15 qəpikdir. Amma, aptekə girirsən, respirator 50 qəpik, 1 manata satılır;

Aran rayonlarını Kür aparır, sürücülər isə əhalini rayondan şəhərə gətirmək üçün adambaşına 200 manat pul istəyirlər. Bu yerdə çox düz deyiblər ki, “keçi nə hayda, qəssab piy axtarır.” Dilənçilər də Bakının küçələrində durub, yalandan “Sabirabad qaçqınıyam” deyərək dilənirlər.

Biz başqasının kədərinə sevinirik! Biz düşünürük ki, nə yaxşı ki, xəstəliklər yayılır, nə yaxşı ki, fəlakətlər baş verir. Əllərimiz qaşınır, pul qazanmaq vaxtıdır.

Biz artıq xərcə yol verməməliyik. Ərzaqların üstündə qeyd olunmuş köhnə tarixi yenisi ilə əvəz edərək, saxlanma müddətini dəyişdirməliyik. Cibim ziyan görüncə, qoy canlar xarab olsun.

Çörək bişirilən, qida istehsal edilən, bərəkət dolu zavodlar mütləq natəmiz olmalıdır. Nəyimə gərək, dolanışıq belədir; mən nə qazanıram ki, xadiməyə də nə verim?!
Biz süni yolla meyvə-tərəvəz yetişdirməliyik. Təbii vitamin əvəzinə kimyəvi qatqılarla qidalanmalıyıq.

Pul qazanaq deyə mütləq su, şirə, şirniyyətlar, şampun, qabyuyan, paltaryuyan kimi vasitələrin saxtasını düzəltməliyik. Hətta, körpə qidalarını belə!

Biz duzu da göldən yığıb, təmizləməmiş qablaşdırıb, satışa buraxmalıyıq.

Biz südə, yağa mütləq su qatmalıyıq. Axı, bu yağ dondurucuda donub sonra kəsildiyi zaman 50 min parçaya bölünməsə, o nə yağdır?

Dolanışıq yoxdur, vəziyyət çətindir, gəlsənə insanlara pişik, eşşək ətindən dönər də hazırlayaq, nə biləcəklər ki, sırı getsin?! Başqasının canı mənim nəyimə gərək, qoy canı çıxsın!

Biz xəstələrə yalnız o dərmanları təqdim etməliyik, hansından ki, faiz əldə edəcəyik. Şərt deyil ki, dərman doğru ünvana gedir, əsas odur ki, mən qazanım.

Biz təmirə gətirilmiş telefonların, televizorların, maşınların, kompüterlərin orijinal ehtiyat hissələrini, batareyalarını mütləq saxtaları ilə dəyişdirməliyik; axı onlar orijinaldır, onları baha sata bilərik. Sonra da təmirə gətirilmiş əşyaları elə hala salmalıyıq ki, yiyəsi onu 1 həftə sonra yenə də gətirsin, nə edək ki, dolanışıq belədir!

Biz avtobusda, marşrutda camaatı bir-birinin boynuna mindirməliyik ki, planı doldurub, pul qazana bilək.

Biz işçini 14 saat işlədib, ona 100 manat maaş verməliyik. «Krizis»dir dəə neyləyək?!

Biz saxta şirkət qurub, camaatı yalançı ümidlərlə aldadaraq, pullarını yığıb qaçmalıyıq.

Biz təhsildə də qiyməti satmalıyıq. Elm nədir, savad nədir?

 

Biz, biz, biz… Ehhh…o qədər söz var ki deyiləsi..hansını deyim, hansından danışım?! Biz, axı, nə vaxt, niyə belə olduq?! Rüşvət, laqeydlik, məsuliyyətsizlik, səfalət…Əslində, səbəb özümüzdədir. Biri kənardan millətimə “qoyun” deyəndə, ürəyim partlayır, amma… Bizim gözlərimizi pul, şöhrət elə bürüyüb ki, insanlıqdan çıxmışıq, fərqində deyilik! Bizim əlimizə pul düşəndə elə zənn edirik ki, pullar bizimdir, biz ağayıq, hökmdarıq. Amma, xeyir -pul bizim üstümüzdə ağalıq edir, biz quluq, köləyik, kölə!

Xahiş olunur ki, şərh yazarkən öz hərflərimizdən (ə, ı, ç, ş, ü, ö, ğ, İ) istifadə edəsiniz.

Advertisements
Bu yazı Başqa bloqdakı yazılarımdan kateqoriyasında dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Pula qul üçün 5 cavab

  1. shebnem dedi ki:

    Bu yazımı 22 may 2010 tarixində bu ünvanda yerləşdirmişdim:
    http://kayzen.az/blog/1678/pula-qul.html

    • xayala dedi ki:

      Salam.Çox gözəl yazıdı,sanki M.Ə.Sabirin satirik əsərlərindən birini oxudum,əvvəldə gülürsən sonra da ağlamaq istəyirsən halımıza.Şebnem xanim ele bil özüm yazmışam bu meqaleni.Şehere çixan kimi bütün siz yazdiqlarınızı dilimin altında deye-deye hirsli,acıqlı evə qayıdıram.Camaat niyə belədir görəsən?Xaricdə olmamışam heç,görəsən orda da belədi?İnanmıram.Bunlar yer üzündə ancaq bir yerdədi-Azərbaycanda.

  2. Samiran dedi ki:

    Çox təəssüf ki, bütün zamanlar üçün cəmiyyətimizi əks etdirən bir yazıdır. Hamı da elə bil bir-birinə zəncirvari bağlanıb. “Mənə qarşı edirlər, bəs mən niyə etməyim? Hamı belədi, mən niyə belə olmayım?” 1000-də bir nəfər Cəbiş müəllim kimi doğru-düzgün bir insan çıxdıqda isə, onu lağa qoyur, bu dünyanın adamı deyil, yaşamağı bacarmır kimi ifadələr işlədirlər. Siz demişkən, ehhh… o qədər söz var ki, işlətməli. İnsan ancaq özünü dəyişməyə başlayandan sonra cəmiyyət üçün nə isə etməyə başlaya bilər.

  3. shebnem dedi ki:

    Elədir, bizlər özümüz dəyişiklməliyik. Bütün bu mənfilikləri yaradan da bizlərik. (( Nə bilim vallah, nə indiki rahatlığı yaşaya bilirik, nə də gələcəkdəki işığa ümid bəsləyirik. Necə bəsləyək ki?!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma