Yaradıcı insanlar və alimlər günahkardılarmı?

«Oxu»- Qurani-Kərim ilk bu sözlə, bu əmrlə başlayıb.

 Deyirlər ki, alimlər günahkardılar. Necə ki, rəssamlar, heykəltəraşlar və s. incəsənət adamları kimi. Rəssamlar ona görə ki, onlar rəsmlərində çəkib yaradırlar, heykəltəraşlar ona görə ki, onlar insan heykəlləri quraraq “insan ”düzəldirlər. Yazarlar ona görə ki, hərəsi bir həyat yazıb yaradır. Alimlər də ona görə ki, onların öz inandıqları şeylər var ki, bunların sübutuna çatdıqlarında bəzən dini inkar etmiş olurlar.

 Mən belə fikirlərlə razılaşa bilmirəm. Rəssam şəkil çəkə bilər, heykəltəraş heykəllər yarada bilər, yazarlar əsərlər yaza bilərlər, amma heç biri yaratdıqlarına can verə bilməzlər. Buna görə də nə qədər can qoysalar da, bunu nə qədər böyük sevgi və istəklə etsələr də bu sadəcə bir şəkil, bir heykəl və bir əsər olaraq qalacaqdır. Cansız bir əsər. Bəlkə də nəyisə canlandırır, amma yenə də sözün əsl mənasında cansızdır. Dursun o şəkildəki yaşasın, qaçsın, yesin, içsin, nəfəs alsın və yaxud da heykəl. Bu mümkün deyil axı… Belə əsərləri yaradanları yaradıcı, uca, dahi adlandırıq, amma bu o demək deyil ki, biz onları Allah səviyyəsinə qaldırırıq. Əsla!

Oxumağa davam et

Başqa bloqdakı yazılarımdan, Belə baxanda Kateqoriya: | ilə etiketləndi | Bir şərh yazın

Əlifbamızın ən uğursuz hərfi

Başlığı oxuyanda yəqin düşündünüz ki, söhbət “ə” hərfindən gedəcək. Çoxları hesab edir ki, əlifbamızın ən uğursuz, ən eybəcər hərfi elə “ə” hərfidir. Doğrudanmı belədir? Nəyə görə çoxları onu sevmir və uğursuz sayır?

Əvvəla etiraf edək ki, Azərbaycan əlifbasını tam şəkildə dəstəkləyən samballı şrift çox azdır. Ümumiyyətlə, tərkibində Azərbaycan əlifbasının bütün hərfləri olan şriftlərin əksəriyyəti fərdi şəkildə lokallaşdırılıb, yəni əlifbamıza məxsus hərflər əlavə olunub. Belə şriftlərdə həmən hərflər çox vaxt heç düzgün də çəkilmir, məsələn sedil (cedilla isp.) adlanan “quyruq” əvəzinə vergül, “breve” əvəzinə “crown”, böyük İ hərfində nöqtə əvəzinə inç işarəsi qoyulmuş, kiçik ə hərfi isə sadəcə e hərfini 180° çevirməklə alınmışdır. Şübhəsiz ki bunlar yazının oxunaqlığına və estetik görünüşünə mənfi təsir göstərir. Peşəkar şriftlərdə isə əlifbamızı tam dəstəkləmək üçün adətən yalnız “ə” hərfi çatışmır, bəzən “ş”, “ğ” və “İ”, bir çox hallarda isə Azərbaycan hərf dəstinin heç bir hərfi olmur. Nəzərə alsaq ki, digər hərflərdən (ç ğ ı ö ş ü ) fərqli olaraq “ə”ni düzəltmək üçün nisbətən çox zəhmət çəkmək lazımdır (düzgün düzəltmək dediyimiz təqdirdə), çoxları üçün bu ciddi maneə yaradır və imkanlarını məhdudlaşdırır. Güman edirəm ki, məhz bu səbəblərdən “ə” hərfi uğursuz adını alıb. Lakin oxunaqlıq və estetik görkəm baxımından, düşünürəm ki, bu heç də belə deyil – “ə” digər hərflərdən kifayyət qədər seçilir, sadədir, digər hərflərlə bir sırada durduqda disbalans yaratmır və beləliklə, “ən uğursuz hərf” adına layiq deyil. Fikrimcə ən uğursuz hərf “ı” hərfidir. İlk baxışdan ən doğru variant seçilib – “i”nin nöqtəsi götürülüb və “ı” hərfi hazırdır. Lakin hər şey göründüyü kimi sadə deyil. 2700 illik tarixə malik əlifbada heç bir cız, heç bir nöqtə təsadüfi deyil. Kiçik “i” hərfinin də nöqtəsi bəzək üçün qoyulmayıb, bu kiçik nöqtənin böyük əhəmiyyəti var. Minuskul (kiçik hərflər) yarandıqda kiçik “i”-nin nöqtəsi olmayıb, latın əlyazmalarında nöqtəli “i”yə yalnız XI əsrdən sonra rast gəlmək olar. Bunun səbəbi yazıda “i” hərfini digər hərflərdən asanlıqla fərqləndirmək və yazını daha oxunaqlı etmək idi, əks halda “i” hərfi, yanındakı hərfin bir hissəsi kimi görünür və mətnin oxunmasında çətinlik yaradırdı. Bu problem müasir Azərbaycan mətnlərində asanlıqla müşahidə olunur, məsələn kiçik ölçülü serif tipli (dırnaqlı) şriftlə yığılmış mətnlərdə “lı” bəzən “h” kimi oxunur, “ın” – “m” kimi, “rı” isə “n” kimi, bundan əlavə “fi” və “fı” hərf birləşməsini bəzi şriftlərdə ayırd etmək çətin olur. Bir misal daha: “xanımının” sözündə hərflərin bir-birinə qarışdığı və gözəl sözün “mərdimazar çəpərinə” çevrilməsi açıq-aşkar görünür. Beləliklə bizim düşüncəsiz yeni hərf yaratmaq cəhdimiz bizi min il geriyə atdı və nəticədə biz çoxdan həllini tapmış problemi yenidən ortaya çıxardıq. Lakin bu dəfə onu bir nöqtə ilə çözmək imkanımız yoxdur. Başqa bir şey düşünməliyik…

Belə baxanda Kateqoriya: | Bir şərh yazın

Nabat xalanın çörəyi

“…Səhərlər anam bəzən kürəyimi sürtərdi. Anamın ovcunun içi elə bil Hacımərdan dayının Tbilisidən alıb gətirdiyi paltar şotkasıydı. İynə-iynə… Anamın səsi ovucunun içindən yumşaq idi. Biri kürəyimi dağlayırdı, o biri ürəyimi sığallayırdı.”

Bu misraları Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi” adlı əsərindən oğurlayıb burda qeyd etdim.

Əslində mən Nəriman Həsənzadəni mənalı şerlərin müəllifi kimi, gözəl qələmə sahib bir şair kimi tanımışam. Günlərin birində isə mənə bir əsəri təriflədilər, mən də onu oxumaq istəyərək kitabı tapıb oxudum.

Neriman_Hesenzade

Oxumağa davam et

Oxuduqlarımdan. Kateqoriya: | 2 Şərh

Pula qul

“Millət necə tarac olur-olsun nə işim var?!” (M.Ə.Sabir)

Bir dəfə bir səfərdən qayıdanda yol yoldaşı olduğum bir şəxs yemək vaxtı verilən nemətlərə baxıb, öz-özlüyündə, görəsən, bunların saxlanma müddəti keçibmi, təzədirmi, köhnədirmi deyə bir söz işlətdi. Bundan sonra da mənə başına gələn bir əhvalatı danışdı: Bir gün bu dayı aptekə girib, dərman alır. Əczaçı ona lazım olan dərmanı verir və dayı da başlayıb bu dərmanın istehsal və saxlanma müddəti ilə maraqlanmağa. Dərman qutusundan və kağızından məlum oldu ki, dərmanın saxlanma müddətinin bitməsinə 3-4 gün qalıb. Kişi bu zaman əczaçıya deyir: axı dərman köhnədir, vaxtı bitib! Əczaçı da dərmana baxıb, deyir ki,-yox, bitməsinə hələ 3-4 gün var! Halbuki bu dərmanı 15 gün atırlar…

İnsan ha deyir ki, vətənimdir, pis danışmayım, dost var, düşmən var. Amma nə qədər belə desək də, danışılası, ən əsası da ki, həll olunası problemlərimiz çoxdur. Bizdə laqeydsizlik hökm sürür. Oxumağa davam et

Başqa bloqdakı yazılarımdan Kateqoriya: | , , , ilə etiketləndi | 5 Şərh

Qarabağ toponimlərinin erməniləşdirilməsində Google Maps Maker xidmətinin rolu.

Azərbaycan qanunvericiliyinə görə xəritəçəkmə fəaliyyəti xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərindəndir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 14 iyun tarixli 96 nömrəli qərarı, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı və b.) Belə isə Google şirkətinin Google Maps Maker xidməti vasitəsi ilə Azərbaycan Respublikasının xəritəsinin çəkilməsini istifadəçilərin öhdəsinə verməsi qanunsuzdur.

Bizim aqressiv erməni qonşularımız bununla yararlanıb işğal olunmuş ərazilərimizin toponimlərini dəyişdirilib erməniləşdirirlər. Google Maps saytının istifadəçilərinin sayını nəzərə alsaq demək olar ki dünya artıq ərazilərimizdə olan şəhər və kəndlərimizi erməni adları altında tanıyır. Bunula belə bu xəritədə hər kəs strateji obyektləri işarələyərək cəsusluq fəaliyyətini həyata keçirə bilər. Təbii ki bunlar bizim milli maraqlarımıza heç də uyğun deyil.

Etiraf edim ki Google Maps çox faydalı bir mənbədir, məsələn Bakının xəritəsi burda xırda təfərrutlarıyla təsvir olunub və istənilən yeri, obyekti asanlıqla tamaq mümkündür. Lakin bütün bu müsbətliklər bizim milli maraqlarımız qarşısında heçnədir. Buna görə mənim fikrimcə dövlətimizin nümayəndələri Google şirkətinin rəhbərliyinə müraciyyət etməli və şirkətdən qanunsuz fəaliyyətinin dayandırılmasını tələb etməlidirlər. Rusiya ərazisi və inkişaf etmiş qərb ölkələrinin ərazisi üçün Google Maps Maker xidməti nədənsə bağlıdır. Nədənsə deyəndə, səbəbi bəllidir – bu ölkələr milli maraqlarını hər şeydə güdürlər, o cümlədən Google-da da.

Xahiş olunur ki, şərh yazarkən öz hərflərimizdən (ə, ı, ç, ş, ü, ö, ğ, İ) istifadə edəsiniz.

Belə baxanda Kateqoriya: | , , , , , ilə etiketləndi | 1 şərh

Kitab ətri

Hər kəsin öz malı ilə istədiyini etməyə haqqı var, amma gəlin boynumuza alaq ki, bu gün başqa şeyi demirəm, elə məhz telefonlara olan maraq kitablara olsa, həyat necə olardı?! Və yaxud da internetdə vaxtı sərf etdiyimiz oyunlar əvəzinə (ya da bu vaxtın daha bir qismini) kitablara, əsərlərə, məlumatlara, məqalələrə və yaxud da elə maraqlı postlara ayırsaydıq.

Hansı cavanlarımız bir araya toplaşdıqda bir-birləri ilə oxuduğu kitablardan söz açır, hansılar əsərləri müzakirə edir, hansılar kitablarını oxumaq üçün dəyiş-düyüş edirlər??? Axı hansılar? Çox azdır..

Haqsızlıq etməyim, təbii ki, oxuyanlar var, buna da yox desəydim ağartmış olardım. Əlbəttə ki var! Amma, əksəriyyətin fikri-zikri, amalı tamam başqadır. Məqsədləri nədir, onu da bilmirik?!

Xarici ölkələrdə, metrolarda, başqa nəqliyyat vasitələrində əllərində telefon, bluetooth-da eşələnən cavanlara az rast gəlmək olar. Çoxluq kitab oxuyur. Yaşlısı da, cavanı da. Hələ yaşlıları qoyuram bir kənara, əgər bir ölkədə ki, cavanlar oxuyurlar, elmə, biliyə, mütaliəyə belə maraq göstərirlər, əlbəttə ki, o ölkə hər zaman irəli gedəcəkdir.

Oxumağa davam et

Başqa bloqdakı yazılarımdan, Belə baxanda Kateqoriya: | Bir şərh yazın

Baltanızı daşa çalın, təbiət lüt qalmasın!

“… Bitkilərə diqqət yetirirəm, diqqətimi hər zaman çəkən maraqlı nə iləsə qarşılaşıram. Məsələn, onlara fikir versəniz görəcəksiniz ki, onların hamısının budaqları yuxarı qalxır, üzləri yuxarı baxır. Bunları görürəm və düşünürəm ki, onlar da əl açıb, Allaha dua edirlər. Niyə də etməsinlər, elə deyilmi?!…”

 Bu misraları 1-2 il bundan qabaq təbiət haqqında yazdığım bir mətndə qeyd eləmişdim. Mövzularımda da helə hərlənib, fırlanıb, təbiətə dönürəm, çünki, təbiəti sevirəm və sevincinə sevinib, kədərinə də üzülürəm. Çünki, gözlərim önündə hər halı yaşayan mənim Vətənimdir, mənim torpağımdır və mənim təbiətimdir. Mənfəət qurbanları seriyasına daxil etdiyim yazılarımdan biri də bu oldu: Təbiətimin acısı. Oxumağa davam et

Başqa bloqdakı yazılarımdan, Belə baxanda Kateqoriya: | 2 Şərh