Skafandr və Kəpənək

Bəzən mənə elə gəlir ki ki, mən ürəyimin döyüntülərini eşidirəm, amma, mən hər dəfəsində özümü əmin edirəm ki, -bu kəpənəyin qanadlarıdır…»

Kitabın hekayəsimi, yoxsa, bilmirəm kitabı yazanın hekayəsimi desəm -hansı düzgün olar?! Yaxşı ilk öncə filmdən bəhs edim, sonra keçəcəm kitaba.
Həyatdan götürülmüş filmlər hər zaman həyatın özü kimi maraqlı olur. Niyə də olmasın?! Əslində, belə götürsək, bütün filmlər elə həyatın özüdür. Amma, elə filmlər var ki, real həyatı əks etdirir və təbii ki, bu da maraq dərəcəsinə görə digərlərindən fərqlənir.

Jan Dominik Bobun kitabı əsasında çəkilmiş «Skafandr və kəpənək» filminin mənim üçün xüsusi yeri var.  Oxumağa davam et

Baxdıqlarımdan., Başqa bloqdakı yazılarımdan Kateqoriya: | 10 Şərh

İngilis dili və adlarımız

İşimlə əlaqədar əllərimdən tez-tez müxtəlif vizit kartları keçir, buna görə də, maraqlı bir məqam diqqətimdən yayına bilməzdi. Bu məqam bizim adların ingilis dilində yazılış qaydasıdır.

Yəqin çoxlarınız fikir vermisiniz ki bizim adlar, soyadlar ingilis dilli mətnlərdə fərqli yazılır, məsələn, məhşur tamada Sirtuş Çölçəmənlinın adı ingiliscə Sirtush Cholchemenli kimi olardı. Bunun düzgün olması barəsində şübhəm var. Fikirləşdim ki, görəsən niyə bu belədir, niyə fransız, polşa, norveç hətta türk adları öz dillərində, öz əlifbalarında olduğu kimi öz hərfləri ilə yazılır bizim adlar isə çevrilir və başqa cür yazılır? Fikirləşdim ki, bəlkə məhz bizim dilə aid xüsusi bir qayda var və bu barədə, internetdə kiçik araşdırma apardım. Öyrəndiklərim barədə fikirlərimi paylaşmaq istəyirəm. Yeri gəlmişkən forumların birində də bu haqda maraqlı bir diskussiya var: http://www1.disput.az/index.php?showtopic=54899.

Oxumağa davam et

Belə baxanda Kateqoriya: | 12 Şərh

Haqqı tapdalamaq olmaz!

Təhsil dövlətin, millətin gələcəyi, inkişafı üçün ən öndə olan bir vacibiyyətdir. Belə ki, təhsilsiz dövlət boş bir qutu, millət isə o qutunun bir parçasıdır. Fikir versək görərik ki, istər bizdə, istərsə də yad və qardaş ölkələrdə təhsil almağa mane olan səbələr vardır. İstər şəxsi istərsə də qeyri-şəxsi məsələlər vardır ki, bir çox ailələrdə övladları təhsil almaqdan yayındırmağa gətirib çıxarır. Amma, zamanla bunlar da çözülür. Çünki, dövlət bunun üçün səy göstərir. Çünki, dövlət müxtəlif yollarla çalışır ki, kimliyindən asılı olmayaraq hər bir sakinini təhsil almağa vadar etsin. Çünki, bu həqiqətən də çox önəmlidir.

Bu gün isə görürük ki, dövlət qızları təhsil ocağına buraxmayaraq onları təhsildən uzaqlaşdırırlar. Həm gülməlidir, həm ağlamalı! Səbəb də budur ki, biz standart məktəbli formasına keçmişik. Məyər vahid məktəbli forması təsis edildiyi zaman hicablı qızları da nəzərə almaq çoxmu çətin idi?! Yəqin ki, çətin olub, “burda nə problem var ki, başlarını açsınlar?!. Açmasalar da kefləri bilər, təhsil ocaqlarına buraxılmayacaqlar. Nəyimizə gərək kiminsə inamı, etiqadı?!” Bu da bizim inkişafımız.

Oxumağa davam et

Belə baxanda Kateqoriya: | 6 Şərh

Pulitzer bilirdimi?

İnsan sevdiyi bir işlə məşğul olmalıdır. Bu zaman insanın uğur qazanma şansı da böyükdür. Amma, fikir verirsən ki, biz insanlar bəzən həmin işin gətirdiyi balaca sevinclərlə yetinməyib, daha da çox uğur, şöhrət qazanmaq, adlı-sanlı olmaq, məşhur olmaq, zirvələri fəth etmək, çoxlu pul qazanmaq və s. kimi hisslərin əsiri oluruq. Əslində irəliyə getmək, şanslı olmaq, şöhrət qazanmağı istəmək pis şey deyil. Amma çalışmalıyıq ki, bu zaman qarşımıza çıxan imtahanlardan da haqqla keçək. İnsanlığımızı, insafımızı itirmədən, mənəviyyatımızı parçalamadan, təmiz hisslərimizi də ləkələmədən. Əgər “ruhumu şeytana satıb” şöhrət qazanacağamsa, imanımla, insafımla yaşayım, şöhrət qazanmasam da olar. Hər halda təmiz ürəkdən gələn, haqla görülmüş düzgün işlər axır-əvvəl mütləq öz tamaşaçısını tapacaqdır. Şan-şöhrət bu gün var, sabah yoxdur. Amma, bilmirəm şöhrət eşqimidir, yoxsa nədir, səhv işlər də görənlər olur. Bəzən o səhvlərin nəticəsi adamı buraxmır. Misal üçün elə fotoqraf Kevin Karterin yaşadıqları kimi.

Eddi Adams deyir ki, şəkil yer üzərində olan ən möhkəm silahdır. Karter də özünü öz silahı ilə vurdu.

Oxumağa davam et

Belə baxanda Kateqoriya: | 7 Şərh

Şikayətim var!

Lap mahnıda deyildiyi kimi: Sənə yar səndən yar, şikayətim var!

Nə deyim Vətən sənə, mən nə deyim? Nəyini qınayım ki?! Əslində şikayətlərim vərəq-vərəqdir. Amma sənin nə günahın? Belə olan halda da səni bir dənizə bənzədirəm. O ki bəzən tək tənha sahilə gəlib, dərdlərimizi, qucaq dolusu aşıb-daşan hisslərimizi boşaltmış kimi mən də sənə şikayətlənirəm, günahsız olduğun halda mən də səni qınayıram…

Əslində isə Uca Yaradan səni elə yaradıb, elə don geyindirib ki, mən bununla fəxr edirəm. Qəlbimdə çox sevgi yer alıb və belə başa düşürəm ki, yaşadığım müddətcə də alacaqdır. Çünki, sevgiyə layiq olan, gözümün görüb feyzə aldığı hər nə varsa aşiqiyəm. Sən mənim qəlbimdəsən, mən də sənin. Sən bizi çox sevirsən, bizdən incimir, bizdən küsmürsən. Hər zaman qoynun bizə açıq olur. Bizlər isə bu sevgiyə layiq deyilik.

Oxumağa davam et

Belə baxanda Kateqoriya: | 10 Şərh

Zavtrik yapıyoruz…

Bu kəlməni eşidəndə gülməkdən özümü saxlaya bilmədim, ki bilmədim. Biz nə yamanıq belə)) Özümüz bir yana, qardaş ölkədən gələnlər də dillərini pozub gedirlər. Verlişlərinin birində Qurban bayramı ərəfəində bizim rayonların barəsində danışılırdı ki, çox səfalı, gözəl bölgələrimiz, məkanlarımız var ki, bayram tətilində öz millətimizlə yanaşı, xarici turistlər də rayonlarımızın təmiz havasından udur, gözəl tətil günləri keçirirlər. Elə bir neçə turisti danışdırmışdılarki, bir türk bacımız tətilindən razı olduğunu qeyd edib, dedi ki, -“zavtrik yapıyoruz”..))))

Oxumağa davam et

Belə baxanda Kateqoriya: | 9 Şərh

Həsrətini çəkdiyim…

Dünyaya gəlirik, yaşa doluruq, atılırıq bu həyatın qucağına və deyirik ki, yaşa ki yaşayasan! Bir vaxtlar uşaq idik. Binamızın arxsasında ya “klas-klas”, ya qaçdı-tutdu, ya gizlənpaç, ya da başqa bir oyun oynayan vaxtlarda öndə gəlin maşını, arxasında isə bir sürü toy maşını keçəndə uşaqlarla birlikdə oynumuzu saxlayıb, maşınların qarşısını kəsib, şirinlik versinlər deyə gülə-gülə dayanardıq. Sonra o şirinliklərlə də gedib özümüzə saqqız, şəkər alardıq. Hələ bir evdə də lovğalanardıq ki, bizə pul veriblər.

Oxumağa davam et

Belə baxanda Kateqoriya: | 10 Şərh