Qarabağ toponimlərinin erməniləşdirilməsində Google Maps Maker xidmətinin rolu.

Azərbaycan qanunvericiliyinə görə xəritəçəkmə fəaliyyəti xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərindəndir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 14 iyun tarixli 96 nömrəli qərarı, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı və b.) Belə isə Google şirkətinin Google Maps Maker xidməti vasitəsi ilə Azərbaycan Respublikasının xəritəsinin çəkilməsini istifadəçilərin öhdəsinə verməsi qanunsuzdur.

Bizim aqressiv erməni qonşularımız bununla yararlanıb işğal olunmuş ərazilərimizin toponimlərini dəyişdirilib erməniləşdirirlər. Google Maps saytının istifadəçilərinin sayını nəzərə alsaq demək olar ki dünya artıq ərazilərimizdə olan şəhər və kəndlərimizi erməni adları altında tanıyır. Bunula belə bu xəritədə hər kəs strateji obyektləri işarələyərək cəsusluq fəaliyyətini həyata keçirə bilər. Təbii ki bunlar bizim milli maraqlarımıza heç də uyğun deyil.

Etiraf edim ki Google Maps çox faydalı bir mənbədir, məsələn Bakının xəritəsi burda xırda təfərrutlarıyla təsvir olunub və istənilən yeri, obyekti asanlıqla tamaq mümkündür. Lakin bütün bu müsbətliklər bizim milli maraqlarımız qarşısında heçnədir. Buna görə mənim fikrimcə dövlətimizin nümayəndələri Google şirkətinin rəhbərliyinə müraciyyət etməli və şirkətdən qanunsuz fəaliyyətinin dayandırılmasını tələb etməlidirlər. Rusiya ərazisi və inkişaf etmiş qərb ölkələrinin ərazisi üçün Google Maps Maker xidməti nədənsə bağlıdır. Nədənsə deyəndə, səbəbi bəllidir – bu ölkələr milli maraqlarını hər şeydə güdürlər, o cümlədən Google-da da.

Xahiş olunur ki, şərh yazarkən öz hərflərimizdən (ə, ı, ç, ş, ü, ö, ğ, İ) istifadə edəsiniz.

Advertisements
Bu yazı Belə baxanda kateqoriyasında dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Qarabağ toponimlərinin erməniləşdirilməsində Google Maps Maker xidmətinin rolu. üçün cavab

  1. Araz dedi ki:

    G. Maps Maker çaşib deyəsən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma