Baltanızı daşa çalın, təbiət lüt qalmasın!

“… Bitkilərə diqqət yetirirəm, diqqətimi hər zaman çəkən maraqlı nə iləsə qarşılaşıram. Məsələn, onlara fikir versəniz görəcəksiniz ki, onların hamısının budaqları yuxarı qalxır, üzləri yuxarı baxır. Bunları görürəm və düşünürəm ki, onlar da əl açıb, Allaha dua edirlər. Niyə də etməsinlər, elə deyilmi?!…”

 Bu misraları 1-2 il bundan qabaq təbiət haqqında yazdığım bir mətndə qeyd eləmişdim. Mövzularımda da helə hərlənib, fırlanıb, təbiətə dönürəm, çünki, təbiəti sevirəm və sevincinə sevinib, kədərinə də üzülürəm. Çünki, gözlərim önündə hər halı yaşayan mənim Vətənimdir, mənim torpağımdır və mənim təbiətimdir. Mənfəət qurbanları seriyasına daxil etdiyim yazılarımdan biri də bu oldu: Təbiətimin acısı.

Gözəlim ağaclar kəsilir, gözəlim meşələr yandırılır, canlılar da ya evsiz-eşiksiz qalır, ya da yanıb, məhv olub gedirlər… Bunun axrı bəs hara gedir? Bir də görəcəyik ki, təbiət lüt qalıb, dağlar da keçəl. Həqiqətən də, maraqlıdır. Bizlər bu işləri görməklə görəsən, elə zənn edirikmi ki, həyat əbəbdidir və biz də əbədiyik? Görəsən nə üçün biz etməli olduğumuzun əksini edirik? Biz bilə-bilə ki, əməlimiz doğru deyil, amma, yenə də edirik, boynumuza günah yazırıq.  
Peyğəmbər əfəndimiz belə buyurur: “Kim yaş bir ağac kəsərsə Allah Taala qiyamət günü onu başıaşağı cəhənnəmə atacaqdır.” Bu hədisi-şərif xəbərdarlıq deyilmi?

 Ağaclar, bitkilər, meşələr bir ölkənin zənginlik mənbəyidir. Ölkə və ölkə daxilindəki bütün canlılar təbiətdən bəhrələnirik. Meşələr canlıların yaşaya bilməsi üçün lazım olan oksigeni elə bil ki bir fabrika kimi istehsal edir. Meşələr heyvanların və quşları yuvasıdır. Meşələr torpağın və dənizlərin xilaskarıdır, çünki, meşə torpağın eroziyaya uğrayaraq dənizlərə tökülməsinin qarşısını alır.

 Parklar da meşələrdən salınsa… Təəssüf ki, bizdə park salındı deyəndə, bu mən də heç də xoş təəssürat yarada bilmir. Nə qədər sevinməyə çalışsam da mən əsl parkı başqa cürə zənn edirəm. Mənim üçün meşə, təbiət özü bir parkdır.

 

Mənimçün park ağaclarla əhatə olunmuş, yaşıllıq dolu, quşları cəh-cəh vurduğu, küləklərin başında mahnı oxuduğu bir ərazidir. Mən ancaq belə parkda dincələr, belə parkda yorularam və gecə yatanda da o yorğunluqdan doğan ləzzətlə yuxuya gedərəm.  Rusiyanı sevmədiyim halda Rusiyadan misallar gətirirəm (vallah bundan özüm də bezirəm), amma, həqiqət budur, orda getdiyim parklar hara, burdakılar hara. Buna görə də adam baş alıb kəndə getmək və orda yaşamaq istəyir.

 

Ağac yetişdirmək yaxşı bir övlad böyütmək kimi çox xeyirli bir işdir. Ağac əkib yetişdirmək nə qədər xeyirli və savab bir işdirsə, ağac kəsmək və meşələri yandırıb, məhv edib, təxrib etmək də bir o qədər günahdır. Bizə zəruri olmadıqca, biz buna ehtiyac duymadıqca ağacı niyə kəsək, meşələri niyə yandıraq, nə üçün meşələri yandırmaqla ağacların başındakı yuvaları məhv edib, meşənin qucağındakı heyvanları öldürək?

 

Bizlər meşələrin yanıb kül olmasına və içində olan heyvanların diri-diri yanmasına imkan verməməliyik. Özümüzü «Vətənpərvər», «vətənsevər» adlandırırıq, amma, meşələri məhv etməyimiz  bunu göstərir ki, biz ancaq özümüzü sevir,özümüzü düşünür və mənfəətlərimiz naminə dəyərlərimizi qurban veririk. Axı, ağac əkmək ibadət etmək səviyyəsində çox xeyirli bir iş olduğu kimi, eyni zamanda bir vətənsevərlik nişanəsidir. 

 Peyğəmbərimiz (s.a.s) buyurur ki, “Bir adam ağac əkirsə, əkdiyi ağacın meyvəsi qədər onun dəftərinə savab yazılır.” Peyğmbərimiz tərəfindən buyrulan başqa bir hədisdə isə belə qeyd olunur: “Bir müsəlman bir ağac əkir və ya bir şeyi əkir və ondan bir quş, bir insan və ya bir heyvan yeyirsə, bu, onun özü üçün bir sədəqə olur.”

 Yəqin ki, “Bəxt üzüyü” filmini də hamınız izləmisiniz. Orda da ağaclarla bağlı maraqlı bir fraqment var, hansı ki, orda şəhərli qaqaşın dediyi kimi “nəyimə gərək, ağacları mən sulayım, başqaları da gəlib onun meyvəsini yesin, kölgəsində otursun” deyən şəxslərdən yer üzündə az deyil. Amma, o veteran Tanrıverdi dayı kimi  olanlar da tapılar.  Məsələ bu yerə gəlmişkən bir əhvalatı nəzərinizə çatdırım:

 Abbasi xəlifələrindən Harun Rəşid bir qocanın kiçik bir meyvə fidanı əkdiyini görüncə ona:
 — “Babacan! Sən artıq qocalmısan, əkdiyin fidanın meyvəsini görməyəcəksən, nə üçün belə zəhmət çəkirsən” dedi.
 Qoca isə belə cavab verdi:
 — “Bizdən əvvəlkilər ağac əkdilər, meyvələrini biz yedik. İndi biz də ağac əkməliyik ki, bizdən sonrakılar yesinlər.”
 Bu cavab Harun Rəşidin xoşuna gəldi və qocaya bir ovuc qızıl verdi.
 Qoca:
 — “Gördünmü övladım, əkdiyim ağacın meyvəsini mən indidən gördüm.” dedi.

Həqiqətən də, qoca nə gözəl deyib: “Bizdən əvvəlkilər ağac əkdilər, meyvələrini biz yedik. İndi biz də ağac əkməliyik ki, bizdən sonrakılar yesinlər” Bizlər “mən”i yox da “biz”i həyat necə də gözəl olar, elə deyilmi?

 Meşələr dağlarımızın örtüyü, vətənimizin bəzəyi, yurdumuzun yaraşığı, elimizin gözəlliyidir. Yuvamızı soyuq qış gecələrində isidən və isti yay günlərində də günəşdən qoruyan ağaclar deyilmi? Yuvamızın damı, evimizin qapısı, döşəməsi, masamızın taxtası, qələmimiz, kağızımız, kitabımız ağaclar deyilmi?
 Biz onları məhv olmadan qorumalıyıq- nə baltaya, nə yanğına, ən əsası da ki, özümüzə qurban verməməliyik.

Onlardan onsuz da hər sahədə faydalanırıq, axı, niyə bu faydalı nemətləri məhv edək?! İllərin əməyini, bəhrəsini, barını məhv etdikdə təbiətin hər sahəsinə ziyan vururuq: bu zaman dərələr selə qərq olar, bulaqlar tutular, torpaqlar şoranlaşar, heyvanlar yuvasız qalar, təıbiət lütləşər, dağlar örtüksüz qalar və nəticədə Vətən də gözəlliyini itirmiş olar, biz də gözəl vətəni. Bizə ancaq günahlar qalar. Çünki, hər şeyi bir qırağa, budağında quşlar ötən bir ağacı məhv etmək günahdır, böyük günahdır.

 Biz günahlardan uzaq olmalı, düzgün işlər görməliyik — daima sevməli, sevgini aşılamalı, sevgini təbliğ etməliyik.

Xahiş olunur ki, şərh yazarkən öz hərflərimizdən (ə, ı, ç, ş, ü, ö, ğ, İ) istifadə edəsiniz.

13 iyun 2010

Advertisements
Bu yazı Başqa bloqdakı yazılarımdan, Belə baxanda kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Baltanızı daşa çalın, təbiət lüt qalmasın! üçün 2 cavab

  1. Eltac dedi ki:

    Şablon bir söz deyəcəm amma bu həqiqətən belədir ” ağaclar bizim ağciyərlərimizdir”. Ağaclar olmasa dünyanın halını həqiqətən də düşünmək belə istəmirəm. Çünki belə bir dünya artıq dünya deyil. Mən sadəcə 1 şeyi başa düşmürəm. Niyə başqalarının etdiklərini hamı ödəməlidir? Əgər dünya bizim hamımızın dünyasıdırsa, niyə hamı onu qorumağa cəhd göstərmir? Əslində mən hər kəsin sadəcə öz dünyasında yaşaması ideyası ilə çox sevinərək razılaşardım. Çünki bu zaman öz ağaclarını kəsənlər elə öz havasız “vakuumlaranda” da boğulardılar. Yəni hər kəs öz cəzasını çəkərdi. Daha 1 nəfərin etdiyi öpisliyin cəzasını bütün dünya çəkməli olmazdı… 😦

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma