Skafandr və Kəpənək

Bəzən mənə elə gəlir ki ki, mən ürəyimin döyüntülərini eşidirəm, amma, mən hər dəfəsində özümü əmin edirəm ki, -bu kəpənəyin qanadlarıdır…»

Kitabın hekayəsimi, yoxsa, bilmirəm kitabı yazanın hekayəsimi desəm -hansı düzgün olar?! Yaxşı ilk öncə filmdən bəhs edim, sonra keçəcəm kitaba.
Həyatdan götürülmüş filmlər hər zaman həyatın özü kimi maraqlı olur. Niyə də olmasın?! Əslində, belə götürsək, bütün filmlər elə həyatın özüdür. Amma, elə filmlər var ki, real həyatı əks etdirir və təbii ki, bu da maraq dərəcəsinə görə digərlərindən fərqlənir.

Jan Dominik Bobun kitabı əsasında çəkilmiş «Skafandr və kəpənək» filminin mənim üçün xüsusi yeri var. Çünki, filmi çox bəyənir və maraqlı sayıram. Çünki film həyatdan götürülüb, o həyatdan ki, adi həyat deyil…
Heç düşünmüsünüzmü insult keçirən bir şəxs nə fikirləşir deyə? Onun bədəni işləmir, amma, görür, eşidir və düşünür. Bəli bu mövzuda çox filmlər çəkilib, amma, heç bir film həmin düşünən şəxsin düşüncələrini, onun nəzərini, onun içini əks etdirmir. Hər halda mən belə düşünürəm.

Bu film üçün kinoteatra gedəndə elə də həvəslə getmirdim, çünki, eynəyimi sındırmışdım. Amma, düşündüm ki, kinoteatrda filmə baxmağa nə var ki, maşallah, nə boyda ekran. Orda məlum oldu ki, film orijinal dilindədir (fransızca), subtitrla və bu məni bir az da məyus etdi, çünki, eynəyim olmaması üzündən alt yazıları o qədər da yaxşı seçə bilməyib, filmdəki fraqmentləri qaçıracağdım. Amma, sizi inandırım ki, filmə baxanda bu mənimçün elə də önəmli olmadı. Gözümün zəifliyi bir yana, dilin fransızca olması bir yana, film mənə o qədər maraqlı gəldi ki..

Filmin qısaca izahatı
Skafandr və kəpənək — bu nə deməkdir?! Skafandr — qəhrəman öz bədəninin içində əsirdir. Kəpənək- onun qəlbidir.
Film real həyat əsasında çəkilmişdir. Bir ailə başçısı, kənarda sevgilisi və uğurlu işi (Elle jurnalının redaktoru) olan adi bir insan Jan Dominik Bob 1995-ci ildə 8 dekabr tarixində 45 yaşında insult keçirir, hansı ki, bu onu bütünlüklə iflic vəziyyətinə salır. Üzərində çoxlu sayda (səhv xatırlamıramsa 19) əməliyyat keçirilən Janın sadəcə bir gözü açıq vəziyyətdə qalır. O bu gözü ilə görür, hamını eşidir, düşünür.

Filmdə əsasən onun gördükləri, onun düşündükləri əks etdirilir. Yəni, film başlayar-başlamaz siz elə bil önun zehnindəsiniz. Siz onun düşüncələrini, səsini, qışqırıqlarını eşidirsiniz. O deyir ki: «mən burdayam, mən varam, yaşayıram, mən eşidirəm » Elə bil ki, sən də onunla birlikdə skafandrın içindəsən. Bob deyir ki «mənim gözümdən başqa iflic olmayan daha 2 üstünlüyüm var: yaddaş və təxəyyül.»

O öz fikirlərini ətrafındakılara ancaq bir yolla izah edə bilir: onun yanında bir həkim və ya tibb bacısı daim ona əlifba sırası ilə hərfləri sayır və o da öz növbəsində sözün hansı hərfi deyilməlidirsə o hərfdə gözünü qırpır və bu yolla insanlar onunla söhbət edirlər. Bundan əlavə ən əsası da, bu yolla o öz kitabını yazmış olur.

Film çəkilən ərəfədə rejissor Culian Şnabel Jan Dominik Boba baxan xidmətçilər, tibb bacıları ilə mütəmmadi olaraq əlaqə saxlayır və hər bir şeyi dəqiqliyi ilə öyrənirdi ki, filmi düzgün çəkə bilsin.

Bob həm də öz yumor hissini də qoruyub saxlamışdı. Öz aləmində insanlarla məzələnirdi də. Ən gülməlisi isə budur ki, o daha çox öz halına gülür və özü ilə məzələnirdi)) Bir çoxları isə belə vəziyyətə düşdüklərindən dolayı içləri qan ağlayır, amma, Bob bu halıyla belə az da olsa yaşamağı bacardı.

Onun daxili ailəmi… Jan Dominik elə bil ki bir skafandrın içindəydi, amma, o uçmağı bacardı. Əvvəl görmədiyi yerləri gördü…Bir kəpənək kimi uçdu. Onun düşüncələri, onun fikirləri buna qanad oldu. Halbuki əvvəllər, o, bu qədər düşünməzdi..

Kitab haqqında.

140 səhifəlik əmək. Gör neçə dəfə hərf sayılmalı və neçə göz qırpımı olmalıdır ki, bir kəsin daxili ailəmi, düşüncələri paylaşıla, 140 səhifəlik bir kitab yazıla. Maraqlıdır elə deyilmi?! İnsan bu halda belə kitab yazır. Biri üçün bir cümlə qurulsun deyə saatlarla oturub hərfləri əzbərdən təkrar etmək və bununla yanaşı onun gözünə də fikir vermək asan iş deyil. Bu yolla o boyda kitab ərsəyə gətirmək böyük məharətdir.
Kitab Jan Dominik ölməmişdən bir neçə gün əvvəl nəşr olunub. Yəni, kitab 1997-ci ililn mart ayında işıq üzü gördü, hansı ki, Fransada düz 400 000 tirajla satışa buraxıldı və deyilənə görə də elə bundan sonra onun ekranlaşdırılması üçün də səylər göstərilməyə başlanmışdı.

Yox-yox, bu kitabı mütləq tapıb oxumalıyam. Çox maraqlı olsa gərək.

Əbəs yerə deyil ki, film müxtəlif mükafatlara layiq görülüb. Hələ rejissordan danışmıram. Çox uğurlu bir işdir.

Xahiş olunur ki, şərh yazarkən öz hərflərimizdən (ə, ı, ç, ş, ü, ö, ğ, İ) istifadə edəsiniz.

3 may 2010

Advertisements
Bu yazı Baxdıqlarımdan., Başqa bloqdakı yazılarımdan kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Skafandr və Kəpənək üçün 10 cavab

  1. Or Cuvarlı dedi ki:

    Kitabı keçən qış almışdım. Kitab haqqında gəzən söz-söhbətlər, PR məqalələr, tövsiyyələr və s. kitabın çox maraqlı olacağı fikrini yaratmışdı məndə. Oxumağa başladım, 140 səhifə olsa da, bitirə bilmədim. Şəxsən mənə çox darıxdırıcı gəldi. Hələ də kitabın ortasındakı əlfəcin növbəti səhifələrə keçəcəyi günü gözləyir.

  2. shebnem dedi ki:

    Çoxdandır ki, kitabı alacam-alacam deiyirəm, amma hələ də almamışam. Buna görə də bir şey deyə bilmirəm. Sadəcə mən filmdən çıxardığım nəticəyə görə bu qənaətə gəldim ki, yəqin ki, kitab maraqlı olar. İnşallah bu yaxın günlərdə mən də kitabı əldə edib, oxuyaram, görüm nə məsələdir…

  3. obrazlar dedi ki:

    Maraqlıdır. Subtitrla filmə baxmağa hövsələm çatmır əksər hallarda. Dublyaj versiyasını tapsam, mütləq baxacam.
    Amma bunun üçün münasib əhvalı da olmalıdır adamın. Yəni, bu dəqiqə açım və başlayım bu filmə baxmağa – məncə, alınmaz. Xüsusilə də, qəmgin filmlərə.

  4. shebnem dedi ki:

    Filmə ilk dəfə subtitrla baxsam da ikinci dəfə rus dublyajla baxmışam. O ki qaldı əhvala mən də sizinlə razıyam. Onu da qeyd edim ki, film pozitiv ruhda çəkilib.

  5. faberit dedi ki:

    shebnem…
    tebrikler.. deyesen sizde yorulduz bloqinqden…
    artiq kayzende bir sheyler post etmirsiz…
    burda da yenilik yanvarda sonra yoxdur…
    yazin… oxuyanlar olacaqdir…
    deysen gohne canli`daki bloqerlerden sizin yazilarin izini tapa bildim net`de..
    orxani deysen facebook`da olmalidir.. gerek orada bash chekim gorum neler yazir…
    jurnalist ovaxtlardan canli vaxtindan getdi…
    evveler bir iki bloqerin yazisini azeriblog`da oxuyurdum daha deyesen oda yoxdur…
    uzurlu hesab edin latin Azerbaycan elifbasi ile yazmadigim uchun ve mutleq bir gun yazinizi oxuyub etrafli fikir bildirecem….

  6. shebnem dedi ki:

    Sadəcə olaraq başım başqa işlərə qarışıq olduğundan bloq yazmağa nə vaxt qaldı, nə istək. Amma, yenə də yazacam. Diqqətiniz üçün çox sağ olun.

  7. zaur qurbanli dedi ki:

    yazı o qədər xoşuma gəldi ki, bunu jurnalımıza vermək istədim. yeni jurnaldı. hələ 1-ci sayı çıxacaq:)
    əgər jurnal haqqında öyrənmək istəyirsizsə, e-mail-imə yazın.
    təşəkkür

  8. shebnem dedi ki:

    Jurnalınızı uğurlar, xeyirli olsun!
    Çox sağ olun ki bəyənmisiniz.
    Bəli jurnal barəsində məlumatlanmaq istərdim.

  9. seadet musayeva dedi ki:

    Bezen agrini da hiss elemek,umumiyyetle, hec ne hiss elememekden yaxshidi…. Cox maraqli idi,tshk…

  10. Coenni dedi ki:

    1996-cı ildə `Skafandr və Kəpənək` kitabının nəşrindən iki gün sonra (yazıçı özü) Jean- Dominque Bauby dünyasını dəyişir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma