İngilis dili və adlarımız

İşimlə əlaqədar əllərimdən tez-tez müxtəlif vizit kartları keçir, buna görə də, maraqlı bir məqam diqqətimdən yayına bilməzdi. Bu məqam bizim adların ingilis dilində yazılış qaydasıdır.

Yəqin çoxlarınız fikir vermisiniz ki bizim adlar, soyadlar ingilis dilli mətnlərdə fərqli yazılır, məsələn, məhşur tamada Sirtuş Çölçəmənlinın adı ingiliscə Sirtush Cholchemenli kimi olardı. Bunun düzgün olması barəsində şübhəm var. Fikirləşdim ki, görəsən niyə bu belədir, niyə fransız, polşa, norveç hətta türk adları öz dillərində, öz əlifbalarında olduğu kimi öz hərfləri ilə yazılır bizim adlar isə çevrilir və başqa cür yazılır? Fikirləşdim ki, bəlkə məhz bizim dilə aid xüsusi bir qayda var və bu barədə, internetdə kiçik araşdırma apardım. Öyrəndiklərim barədə fikirlərimi paylaşmaq istəyirəm. Yeri gəlmişkən forumların birində də bu haqda maraqlı bir diskussiya var: http://www1.disput.az/index.php?showtopic=54899.

Bildiyimiz kimi Azərbaycan dilinin orfoqrafiya qaydalarına əsasən, xarici adlar (originalı latın əlifbası ilə yazılsa belə) dilimizdə originaldan fərqli – dilimizə uyğunlaşdırılmış şəkildə yazılır, bir sözlə transliterasiyaya məruz qalır.

Sitat: «11. Əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya.» sitatın sonu. Səhifə 8, «Azərbaycan dilinin orfoqrafiya lüğəti», Bakı, «Lider nəşriyyat», 2004.

Məncə bu qayda miras olaraq bizə 20 il əvvəl istifadə etdiyimiz kiril əlifbasından qalıb. Gördüyümüz kimi bizim orfoqrafiyada insan adları alınma sözlər kimi qəbul olunur. Nə qədər gülməli olsa da bu orfoqrafiyamızın qaydasıdır və biz buna riayət edirik (bu qaydanın nə dərəcədə düzgün olması başqa söhbətin mövzusudur). Lakin ingilis dilinin orfoqrafiyasında belə qayda yoxdur. Əksinə, latın əlifbasını istifadə edən xalqlarının insan adları originalda yazıldığı kimi ingilis dilli mətnlərdə eləcə də yazılır. Yəni Sirtuş Çölçəmənli elə Sirtuş Çölçəmənli kimi yazılmalıdır. Xüsusi hərfləri istifadə etmək mümkün olmadıqda isə diakritik işarələr istifadə edilimir – Sirtuş Çölçəmənli o zaman belə yazılardı: Sirtus Colcemenli. İngilis dilində translitersiyaya məruz qalan adlar yalnız originalda qeyri-latın əlifbasında yazılan adlardır (ərəb, rus, gürcü, çin, yapon, hind və s.). Biz isə artıq 20 ildir ki latın əlifbasına keçmişik lakin, adlarımızı ingilissayağı yazaraq köhnə, kiril əlifbasına aid olan qaydadan istifadə etməyə davam edirik.
Beləliklə, adlarımızı ingilis dilinə «tərcümə» etməklə biz öz adlarımıza və xarici dilin orfoqrafiya qaydalarına hörmətsizlik edirik. Məncə bunu dəyişmək lazımdır.

Xahiş olunur ki, şərh yazarkən öz hərflərimizdən (ə, ı, ç, ş, ü, ö, ğ, İ) istifadə edəsiniz.

Advertisements
Bu yazı Belə baxanda kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

İngilis dili və adlarımız üçün 12 cavab

  1. Mələk Abdinova dedi ki:

    Bütün hərflərimiz bir yana. “Ə” hərfindən ümumiyyətlə zəhləm gedir!

    • Melis dedi ki:

      agzinin danisigini bil menim adim senin dediyin herf nen baslayir ona gore terbiyesiz terbiyesiz danisigini birax dunya da n coz sikici ad mmmmmmmmeeeeeeelllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkddddddddddddddddddddddddddddddddddddiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiirrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr oooooooooooooooffffffffffffffffffffffffffffffffff cccccccccccoooooooooooooooxxxxxxxxxxx ssssssssssssssiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiixxxxxxxxxxxxxxxxxxxxxiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiicccccccccccccccccccccccciiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  2. mariana dedi ki:

    Ə herfinden niye zehlen gedir bilmirem ama mence herflerin ferqi yoxdu əsas ad gozel vəmənali olsun

  3. nilay dedi ki:

    mencede ad gozel olmalidr

  4. ezize dedi ki:

    xeyr nilay duz demir adlarin hrc bir ferqi yoxdur her adin ozune benzer gozelliyi var. Amma ele insanlar var ki, adini hec sevmir amma sonradan adinin menasini axtaranda nece de gozel oldugunu gorende cox pesman olur butun pis hislerini ortadan qaldirir butun adlar heqiqetende gozeldir ve menalidir. ve elbetteki adlar xarakterce de ferqlidir kimisinin adi gul adina kimisinin ise cesaret xarakterili adina benzeyir mence hec bir adi pislemek lazim deyil meselen; menim adim
    elinde ezizedir yeni eeee adindan baslayir vallah men adimi beyenirem mence size menim tovsiyem adinizdan hec bir zaman el cekmeyin ve her zaman xoslayin хорошо мои падруги я знаю ты будешь любить

  5. ezize dedi ki:

    hec bir ad hec bir zaman gozelliyini itirmemisdir

  6. Melis dedi ki:

    amma dunyada rus ingilis ve turk adlaridir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma