Haqqı tapdalamaq olmaz!

Təhsil dövlətin, millətin gələcəyi, inkişafı üçün ən öndə olan bir vacibiyyətdir. Belə ki, təhsilsiz dövlət boş bir qutu, millət isə o qutunun bir parçasıdır. Fikir versək görərik ki, istər bizdə, istərsə də yad və qardaş ölkələrdə təhsil almağa mane olan səbələr vardır. İstər şəxsi istərsə də qeyri-şəxsi məsələlər vardır ki, bir çox ailələrdə övladları təhsil almaqdan yayındırmağa gətirib çıxarır. Amma, zamanla bunlar da çözülür. Çünki, dövlət bunun üçün səy göstərir. Çünki, dövlət müxtəlif yollarla çalışır ki, kimliyindən asılı olmayaraq hər bir sakinini təhsil almağa vadar etsin. Çünki, bu həqiqətən də çox önəmlidir.

Bu gün isə görürük ki, dövlət qızları təhsil ocağına buraxmayaraq onları təhsildən uzaqlaşdırırlar. Həm gülməlidir, həm ağlamalı! Səbəb də budur ki, biz standart məktəbli formasına keçmişik. Məyər vahid məktəbli forması təsis edildiyi zaman hicablı qızları da nəzərə almaq çoxmu çətin idi?! Yəqin ki, çətin olub, “burda nə problem var ki, başlarını açsınlar?!. Açmasalar da kefləri bilər, təhsil ocaqlarına buraxılmayacaqlar. Nəyimizə gərək kiminsə inamı, etiqadı?!” Bu da bizim inkişafımız.

Təhsil. Bu nə adi bir sözdür, nə də ki, o sözün ifadə etdiyi adi bir məna. Bu böyük bir qüvvədir. İnsanları bundan məhrum etmək isə məncə çox böyük bir səhvdir. Çünki, inamı, etiqadı da möhkəm olan birisi qızının başındakı şalını açmayacaqdır. Bunu dövlət yaxşı-yaxşı düşünməlidir. Dilindən, dinindən, irqindən, rəngindən, kimliyindən asılı olmayaraq hər bir kəsin təhsil almaq hüququ var. Bunu tək mən demirəm,  konstitutuyamız deyir.

Biz irəli addımlamalıyıq, nə geriyə , nə də ki Avropaya, ancaq irəliyə. Amma, çətin ki, biz belə səylərlə irəli gedə bilək. Bir qızın başına şal bağlamasında, bədəninin bəzi yerlərini açıq qoymamasında pis nə var ki və ya bu kimə mane olur ki, axı kimin nəyinə gərək? Camaat biliyini, savadını artırmaq üçün müxtəlif yollar düşünür, biz isə geyim səbəbindən qızları təhsil almasına qadağa qoyuruq. Məktəbli forması təhsildən də, bilikdən də önəmliymiş! Bunu da öyrənmiş olduq. Allah axırını xeyir eləsin!

Eşidəndə ki bizdə də vahid məktəbli forması olacaq, mən də bu fikri dəstəkləmişdim. Amma, burda hicablı qızları da nəzərə almaq olardı. Həm də , mənə elə gəlir ki, bu vahid məktəbli forması fikri də bəhanədir. Axı ali təhsil ocaqlarının ki, xüsusi bir forması yoxdur, bəs oraların bəzilərinə niyə başı bağlı qızlar buraxılmırlar?! Maraqlı sualdır, elə deyilmi?

Biz hər bir insanın seçiminə hörmətlə yanaşmalıyıq. Eləcə də hicaba. Hicab islamın dəstəklədiyi bir qadın geyimidir və qızlar, qadınlar da bunu seçirlərsə biz onların bu seçiminə hörmət bəslməliyik. Belə bir qadağa qoymaqla isə, biz onlardan əlavə dinimizə qarşı da hörmətsizlik edirik. Din ayrı, təhsil ayrı.

Bəzi xristian ölkələrində belə heç belə bir qadağa yoxdur; məyər onların vahid məktəbli forması yoxdurmu?! Bizdə isə… Xalq öz yurdunda, öz vətənində ədalətsizliyə, hörmətsizliyə düçar olmamalıdır. Xalqın rifahı naminə onun üçün ən yaxşı olanı seçməliyik. İnsanlar arasında fərq qoymadan, onun geyimi belə, bunun geyimi elə – bunlar təhsilə qadağa qoyulacaq səbəblər olmamalıdır. Qoy necə geyinir geyinsin (təbii ki, əxlaq normalarını pozmadan), əsas odur ki təhsil alsın, savad qazansın. Bizim amalımız bu olmalıdır.

Yenə də deyirəm, dilindən, dinindən, irqindən, rəngindən, kimliyindən asılı olmayaraq hər bir şəxsin haqqını düşünməli, hörmət etməliyik. Haqqı tapdalamaq olmaz.

Qadağaya qalsa, qadağa qoyulası o qədər şeylər var ki…

P.S.

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI

Maddə 25. Bərabərlik hüququ

III. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Maddə 42. Təhsil hüququ

I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

Xahiş olunur ki, şərh yazarkən öz hərflərimizdən (ə, ı, ç, ş, ü, ö, ğ, İ) istifadə edəsiniz.

Bu yazı Belə baxanda kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Haqqı tapdalamaq olmaz! üçün 6 cavab

  1. Battler dedi ki:

    Təhsil dövlətin gələcəyi üçün çox vacib bir amildir. Bütün dövlətlərdə təhsilin səviyəsinə böyük diqqət var dövlət tərəfindən. Bizdə isə diqqət, təhsilin səviyəsinə yox, boş-boş şeylərədir. Gələk hicabla bağlı qadağaya. Çox mənasız və yersiz qanundur. Hicaba qadağa qoymaqdansa, rüşvəti və digər adbatıran şeyləri aradan qaldırsınlar!!!

  2. Şəbnəm dedi ki:

    Tamamil razıyam. Həqiqətən də qadağaya qalsa o qədər qadağa qoyulası amillər var ki.. Təhsil hər şeydən öndə olmalıdır. Bir insan oxumalıdırsa, oxumaq istəyirsə buna mane olmaq böyük bir səhvdir. Həm o insanın özü üçün, həm də dövlətin gələcəyi üçün. Təəssüf ki, bunlar bir parça səbəbindən heçə sayılır.
    Gülüncdür…

  3. Geri bildiriş: Azerbaijan: Hijab ban introduced in schools :: Elites TV

  4. Geri bildiriş: أذربيجان: حظر الحجاب في المدارس · Global Voices

  5. Zəhra dedi ki:

    Yazinin yaziliı tarəhənə baxdim,düz bir ay keçib üstünnən.. Və təəssüfki vəziyyət heçdə düzələcəy kimi görsənmir.. Adicə təzəliycə televəzorda hicaba qadağa haqqında bir verlişə baxdım.. Muzakirə zamanı belə bir söz geçdiki, hicaba qadağa əslində tamami ilə, uşaqların tədris almağlarındaki maneçiliyi aradan galdırmağ üçündür.. Çox valideyn qızdarın başlarını zorla bağlayıllar, hətta başlarını bağladıqdan sonra, məktəbə belə getməyə icazə vermillər.. Tədris almaq hər bir insan üçün vacibdi.. Buna görə hicab qadağası yerinə düşdü.. Bunan sonra hər kəs tədris ala biləcey..
    Bunu deyən zehniyyətə sual verməy lazımdıki.. Düz bir aydır ki hicablı gizlarımız məktəbə buraxılmır.. Gızlarımız məktəbin gabağında gözü yaşlı halda : “Bizdə oxumağ istəyirik,hügüglarımız pozulur, hicabımız məktəb formasına zidd deyil”..Bir aydır ki başı bağlı gızlarımız, hər gün məktəblərə bir ümidlə gəlillər ki bəlkə bugun icazə verəllər, lakin gözü yaşlı olaraq evə gaytarılıllar.. Bəzi məktəblər gızlarımızı məktəbdən attılar başlarını açmadıgları üçün.. Budurmu AZADLIQ ? Buna deyillər hamı tədris almağa haqqı var? Əgər hər Azərbaycan vətəndaşının tədris almağa haqqı varsa bu haqq niyə əldən alınır? Azərbaycan tədrisində doğurdan da toxunulası bu gədər problem varkən bircə hicabmı maneçiliy törədti?
    Təəssüf çox təəssüf ki bu sallar hələdə cavabsız qalır.. Və bu porblem müsbət həll olunacağmı? Çətin məsələdi..
    Şəbnəm xanım bu problemi qələmə alduğuvuz üçün təşəkkürlər.. Heç olmasa xalg bunun böyük haqsızlığ olduğunu başa düşür bunada Şükür..

  6. shebnem dedi ki:

    Zəhra xanım təəssüf ki, bunlar belədir. Demək ki, əsl azadlıq yoxdur. Azadlıq sadəcə sözdədir.

Battler üçün bir cavab yazın Cavabı ləğv et