Şikayətim var!

Lap mahnıda deyildiyi kimi: Sənə yar səndən yar, şikayətim var!

Nə deyim Vətən sənə, mən nə deyim? Nəyini qınayım ki?! Əslində şikayətlərim vərəq-vərəqdir. Amma sənin nə günahın? Belə olan halda da səni bir dənizə bənzədirəm. O ki bəzən tək tənha sahilə gəlib, dərdlərimizi, qucaq dolusu aşıb-daşan hisslərimizi boşaltmış kimi mən də sənə şikayətlənirəm, günahsız olduğun halda mən də səni qınayıram…

Əslində isə Uca Yaradan səni elə yaradıb, elə don geyindirib ki, mən bununla fəxr edirəm. Qəlbimdə çox sevgi yer alıb və belə başa düşürəm ki, yaşadığım müddətcə də alacaqdır. Çünki, sevgiyə layiq olan, gözümün görüb feyzə aldığı hər nə varsa aşiqiyəm. Sən mənim qəlbimdəsən, mən də sənin. Sən bizi çox sevirsən, bizdən incimir, bizdən küsmürsən. Hər zaman qoynun bizə açıq olur. Bizlər isə bu sevgiyə layiq deyilik.

Bilirsənmi, bizlər quşlara bənzəyirik. O quşlara ki, qış gəldiyi zaman doğma elindən köç edib, yazda geri dönürlər. Biz də üşüyürük, biz də qaçırıq. Dözmürük, dözəmmirik. Səbəb isə…ehh.. Hələ səni xaraba adlandırırıq… Səni xarabaya çevirən sənmisən ki?! Sən xarabamısan?!

Atalar deyib ki,”gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı.”  Nə zaman ki, bu atalar sözünü eşidirəm, Sabir gəlir ağlıma. Daha doğrusu onun öz sözləri ilə oxucuları özünə güldürən mənfi tiplərlə bağlı satiraları. Düşünürəm ki, bəlkə hörmətli atalar da bu misraları mənfi tiplərin dilindən deyiblər. Əgər elə olmasaydı o boyda atalar niyə belə desinlər ki?! Bəyəm Vətənimizin gəzməli, görməli yerlərimi yoxdur?! Məyər Vətənimiz gözəlmi deyil?!

Dilin olaydı da danışaydın, ay Vətən! Biz koruq, biz görmürük. Bizim hissiyatımız ölüb… Allahın sənə bəxş etdiklərinin yanında, bizim qurub, düzəltdiklərimiz nədir ki? Məyər qərib ölkədə gəzməli görməli olan parkları, binları, körpüləri, işıqları biz düzəldə bilmirikmi?  Oralardakı səliqəni, təmizliyi biz də saxlaya bilmərikmi? Evlərdə olan rahatlığı, şəraiti təmin etmək bizlər üçün çoxmu çətin olar? Axı bizim bütün imkanlarımız var…  Bir tərəfdən də düşünürsən ki, vallah, kolluqda yetişən adi bir çiçək belə çəmənlikdəki çiçəklər qədər gözəldir. Sadəcə olaraq onu görə biləsən, o gözəlliyi tuta biləsən. Bunun üçünsə sevmək lazımdır. Sevdinsə, istədinsə kolluğu da çəmənliyə çevirmək olar.

O qədər yerlərimiz var ki, canına təmiz havasını çəkib, bulağından içirsən. Vəsf alırsan gözəlliyindən. Təbiətimiz çox zəngin, Vətənimiz çox gözəldir. Amma qorxuram ki, dəyərini bilməyib, onları da məhv edək.

İndi yazdıqlarıma nəzər yetirirəm və düşünürəm ki, hər şey belə yaxşıdır, belə gözəldir, bəs problem nədir? Ay Vətən, niyə səni danlayıb, söyüb, çıxıb gedirik? Əslində hər şeyə səbəb bizim özümüzdədir. Dağıdan da bizik, tikən də. Maraqlısı da odur ki, tikəndə də dağıdırıq, məhv edirik. Biz bir olub, özümüz üçün yox, Vətənimiz üçün hərəmiz balaca bir iş görsək, günümüz də, güzəranımız da xoş keçər.

Eyy, sinəsi dağlı yarım, gözəl yarım, nazlı yarım! Nəyini şikayət edim?! Udduğum havanımı, içdiyim suyunumu, basdığım torpağınımı?! Ey keçmişimin, gələcəyimin diyarı, dilin olaydı da sən də dillənəydin, bizdən bizə şikayətlənəydin…

Xahiş olunur ki, şərh yazarkən öz hərflərimizdən (ə, ı, ç, ş, ü, ö, ğ, İ) istifadə edəsiniz.

Advertisements
Bu yazı Belə baxanda kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Şikayətim var! üçün 10 cavab

  1. turalfot dedi ki:

    Yazini oxumadim hec, yazinin format olunmasini, ustegel sondaki qirmizi rengli qeydi goren kimi “Haqqinda” bolmesi axtardim, yanilmadigimi gordum. Xosh gorduk, Shebnem :))

  2. shebnem dedi ki:

    Salam Turalfot, xoş gəldin))))
    Bax deyirsənee o qırmızı rəngli qeyd, nə olardı ki, o qeydə diqqət də yetirəydin..)) Bir daha xoş gəldin…

  3. turalfot dedi ki:

    Bahooo… üzrlü say, onu oxuya-oxuya əməl eləməmişəm :)))

  4. Şəbnəm dedi ki:

    Olan işdir ))

  5. Inc dedi ki:

    Şəbnəm xanım, salam…
    Bloqunuzda bəzi yazıları oxudum və çox bəyəndim (açıq desəm 1-2ni çıxmaq şərti ilə), ancaq bu yazını oxuduqda, necə deyirlər, tüklərim biz-biz oldu…
    Əfsuslar olsun ki, bir çox gəncimiz bir sıra problemlərə görə Vətənimizi qınayırlar, bəzən hökümət və dövlət sözlərini səhv salırlar. Belə yazıları gördükcə, yaxşı gələcəyimiz üçün ümidlərim artır və həmfikirlərimin çox olduğuna sevinirəm.

  6. Şəbnəm dedi ki:

    Salam.
    Mən də elə belə fikirlərlə qarşılaşdıqca, özümlə həmfikir olanları gördükcə bədbinliyi bir daha da tapdalamış oluram. Həqiqətən də ümid artır.

    P.S. Yazılarımdan bəyəndiyiniz üçün çox sevindim, təşəkkürlər.

  7. bizneswman dedi ki:

    Mən sizin yazılarla kayzendən tanışam. Kayzeni yeni kəşf etmişəm, o vaxtdan hər gün oxuyuram. Yazılarınız çox maraqlı olur(linkinizə ordan tıkladım). O saytın ümumilikdə fikir qayəsini, kollektivini çox bəyənirəm. Sizi öz bloqumla tanışlığa dəvət edirəm. e-biznesim@blogspot.com

  8. shebnem dedi ki:

    Əgər bir yazım belə kiminsə fikirləri ilə üst-üstə düşürsə, kiməsə təsir edirsə nə xoş mənə. Təşəkkür edirəm.

    Bəli kayzen də yaxşı saytdır. Orda bir müddət aktiv idim. İnşallah yenə də orda yazılar yazmaq istəyirəm. Sadəcə istədim ki, şəxsi bloq hesabım olsun, tək kollektiv bloqda yazmayım.

  9. salimoff dedi ki:

    Qırmızı rəng daha cəlb etdi =))

  10. Şəbnəm dedi ki:

    O baxımdan demək ki düz yoldayam 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma