Həsrətini çəkdiyim…

Dünyaya gəlirik, yaşa doluruq, atılırıq bu həyatın qucağına və deyirik ki, yaşa ki yaşayasan! Bir vaxtlar uşaq idik. Binamızın arxsasında ya “klas-klas”, ya qaçdı-tutdu, ya gizlənpaç, ya da başqa bir oyun oynayan vaxtlarda öndə gəlin maşını, arxasında isə bir sürü toy maşını keçəndə uşaqlarla birlikdə oynumuzu saxlayıb, maşınların qarşısını kəsib, şirinlik versinlər deyə gülə-gülə dayanardıq. Sonra o şirinliklərlə də gedib özümüzə saqqız, şəkər alardıq. Hələ bir evdə də lovğalanardıq ki, bizə pul veriblər.

Sonra isə bir az böyüyürsən, vaxt keçir və daima o siqnal səslərini yenə eşidirsən – kimisə bir yuvadan başqa bir yuvaya aparan siqnal səsləri. Tez qaçırsan eyvana və maraq dolu gülən gözlərlə baxırsan ki, hansı qapıdan hansı gəlin çıxacaq. Bəmbəyaz geyimi, əlində gülü, başında fatası olan bir qız başını aşağı əymiş, bəyin qoluna girmiş və vağzalı sədaları altında gəlin köçür. Artıq beynində gedim maşının qarşısını kəsim, şirinlik versinlər fikirləri yoxdur, artıq düşünürsən ki, inşallah nə vaxtsa bu siqnallardan, bu vağzalıdan səninçün də çalınacaq və o an ürəyini həyəcan bürüyür.

Bir az da vaxt keçir və qismətin bu payı sənin də qapını döyür. Bu an isə həyəcan özünü daha da gur göstərir. Və beləcə sən də gəlin olursan, sən də belinə qırmızı lent bağlanmış o bəmbəyaz gəlinliyin içindəsən və xeyir-dualarla bir ocaqdan başqa bir ocağa köç edirsən. Artıq başqa bir həyat, artıq olqunluq. Artıq daha da böyümüsən, amma, içindəki o uşaq hələ də yaşayır. Lakin, sən içindəki bu uşağı gizlin bir yerdə yatırdıb, səbirsizliklə başqa bir uşağın yolunu gözləyirsən.

Gözləyirsən ki, o, dünyaya gəlsin və sən içindəki uşağı oyadıb, onunla oynayasan; onunla yatıb, onunla durasan; onunla yeyib, içib, onunla yaşayıb, onunla böyüyəsən. O səni qucaqlasın, sən isə onu; o səndən öyrənsin, sən isə ondan. İstəyirsən ki, bir vaxt səhər oyanasan və görəsən ki, onun balaca, şirin əlləri sənin üzünə toxunub. Ya da gecə boyu heç yatmayasan, sabahacan onu seyr edəsən– yatışını, tərpənişini izləyəsən, qığıltısına qulaq verib, nəfəsini duyasan. İstəyirsən ki, verəsən barmağını onun yumşaq əlinə ki, bərk-bərk sıxsın. Öpəsən onun şəkər ayaqlarından, doymayasan.

İstəyirsən ki, dağıtsın, töksün, qoy batırsın evin hər yerini. Səsi gəlsin bu evdən. Yavaş-yavaş iməkləsin, addımlasın, qaçıb qucağıma gəlsin – “Ana” desin, “ata” desin!Yolunu gözlədiyim, gəlsin də gəlsin, qayğısını çəkim onun! Gəlsin də həyatımıza naxış vursun, toxusun gülüşünü  ilmə-ilmə!

Yolunu gözləyirik balam, görən bu həsrət hələ nə qədər çəkəcək?! Görən sən bizi hələ nə qədər gözlədəcəksən?! Gəl də ailəmiz ailə olsun. Gəl ürəyimin altında daşıyım səni, gəl də ürəyimin içində daşıyım səni. Allahdan diləyim mənim, canımdan bir parça, hələ sən yoxsan, amma, yolunu gözləməyi belə çox sevirəm, həsrətini sevirəm və beləcə səni sevə-sevə gözləyirəm.

Bütün övlad həsrəti çəkənlərə ithaf olunur…

Xahiş olunur ki, şərh yazarkən öz hərflərimizdən (ə, ı, ç, ş, ü, ö, ğ, İ) istifadə edəsiniz.

Advertisements
Bu yazı Belə baxanda kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Həsrətini çəkdiyim… üçün 10 cavab

  1. Etibarli dedi ki:

    hmm…həddən artıq xoşuma gəldi!!!Əllərinə saqlıq!!))

  2. rufatahmad dedi ki:

    çox səmimi bir yazı… tərzinizi çox bəyəndim. ruhunuza sağlıq. Belə bir yazarı kəşf etdiyimə görə ancaq sevinə bilərəm.

  3. Şəbnəm dedi ki:

    Utandırdınız məni.
    İçimdən gələnləri, düşündüklərimi səhifələrə tökməyə, bölüşməyə çalışdım. Əgər çatdıra bildimsə mənə də sevinmək düşür. Müsbət rəyləriniz üçün siz də çox sağ olun.

  4. Etimon dedi ki:

    həmdə səmimi bir yazı..)

  5. Şəbnəm dedi ki:

    Səmimi düşüncələri, səmimi hissləri çatdıra bilmişəmsə, kimlərinsə xoşuna gəılibsə, kimlərinsə hisslərinə ayna olubsa nə xoş mənə 🙂

  6. Etimon dedi ki:

    Ümid etməyə dəyər.. Əyər nəyisə Yaradannan təmiz ürəylə istəsən.. Gec ya tez bu istəy reallaşar.. sadəcə inam lazım, ümid lazım.. Belə bir hal yaxın adamımın həyatında olmuşdu.. 9 ildən sora övladları oldu).. Ümid etməyə dəyər..

  7. Şəbnəm dedi ki:

    Əlbəttə ki… Ümid ölməməlidir. Yer üzündə baxıb görürsən ki, o qədər insanlar var ki, biri 5 il sonra, digəri 15 il sonra övlad sahibi olublar. Hər nə etsən də qismətdən qaçmaq mümkün deyil. Əgər alnımıza yazılıbsa gec-tez mütləq olacaq. Allahın kərəminə şükür!

  8. ruzigarim dedi ki:

    Şəbi, sən hər şeyin ən yaxşısına layiqsən. İnşallah o da olar!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma